AZ

“15 yanvarda müharibə bitəcək” deyildi – Rus deputat reaksiya verdi

“Müharibə istənilən an başa çata bilər, lakin bu yalnız Rusiyanın məqbul saydığı vaxtda mümkün olacaq”.

Bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik deyib.

Daha əvvəl Dnepr şəhərinin baş ravvini Şmuel Kamineçki Ukrayna münaqişəsinin dəqiq bitmə tarixini açıqlamış və qarşıdurmanın 2026-cı il yanvarın 15-də sona çatacağını bildirmişdi.

Kolesnik bu bəyanata cavab olaraq deyib:

“Birincisi, müharibənin dəqiq bitmə tarixi yoxdur və ola da bilməz.

İkincisi, onun başa çatacağı vaxt Rusiyanın qəbul etdiyi anda olacaq. Ravvin yalnız ehtimal edə bilər, amma qərar verən Rusiyadır”.

Deputat həmçinin qeyd edib ki, münaqişənin gedişini və nəticəsini yalnız Moskva müəyyən edə bilər.

Globalinfo.az

Seçilən
21
1
editor.az

2Mənbələr