24 yaşlı müəllimə Miatta Borders Missisipi ştatının De-Soto dairəsində yerləşən Lake Cormorant orta məktəbində əvəzedici kimi işə başladığı ilk günündə — 2025-ci il oktyabrın 24-də — TikTok-da paylaşdığı videolara görə işdən çıxarılıb.
Paralel.az xəbər verir ki , bu barədə New York Post xəbər yayıb.
Sözügedən videolarda müəllimə şagirdləri onların icazəsi olmadan lentə alıb və videolarda bəzən qızlardan birinə “balaca” (“qısaboy”) deyə müraciət kimi qeyri-etik ifadələr işlədib.
De-Soto dairəsinin məktəb idarəsi onun işlədiyi Kelly Services adlı kadr agentliyinə məlumat verərək, Bordersin gələcəkdə dairədə işləməsinə qadağa qoyub. Qərar, məxfilik qaydalarının pozulması və qeyri-peşəkar davranış səbəbilə verilib.
Borders isə sonrakı videolarda öz hərəkətlərini belə əsaslandırıb: videoya çəkməyə qadağa olduğunu bilmədiyini və gənclərlə əlaqə qurmaq, onlarla dil tapmaq üçün belə kontent yaratmaq istədiyini bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta