AZ

ABŞ-də şatdaun noyabrın sonuna qədər davam edə bilər

ABŞ-də federal hökumətin qismən bağlanması Şükran gününə (27 Noyabr) və ya daha çox davam edə bilər.

"Report" xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna bəyan edib.

Respublikaçılar və Demokratlar arasında səhiyyə də daxil olmaqla bir neçə xərc maddəsi ilə bağlı fikir ayrılıqları nəticəsində maliyyə çatışmazlığı səbəbindən bağlanma oktyabrın 1-də başlayıb.

Hər iki tərəf bir-birini siyasi məqsədlərlə böhranı təhrik etməkdə və uzatmaqda ittiham edib.

Seçilən
77
2
demokrat.az

8Mənbələr