Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində nəqliyyat sıxlığı müşahidə olunur.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobil yolunda hərəkət demək olar ki, dayanıb. Sürücülər uzun tıxacla üzləşiblər.
Hadisə ilə bağlı rayon yol polisi tərəfindən nəzarət gücləndirilib.