Xaçmaz şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Elnarə Ərəstun qızı Hümmətova dünyasını dəyişib.
"Ölkə.az" Axar.az-a istinadən xəbər verir ki, 42 yaşlı Elnarə Hümmətova bu gün günorta saatlarında öz yaşadığı ünvanda qəfil ürəktutması nəticəsində həyatını itirib.
Qeyd edək ki, Elnarə Hümmətova sertifikasiya imtahanında ən yüksək nəticəni göstərmiş və 60 bal toplamışdı
 
                        