ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Malayziya Qran-prisi (Moto3) öncəsi “Sepang” avtodromunda ciddi qəza hadisəsi baş verib.
İdman.Biz-in məlumatına görə, mövsümü erkən çempion kimi başa vurmuş ispaniyalı Xose Antonio Rueda hazırlıq dövründə yüksək sürətlə isveçrəli Noah Dettvillerin motosikleti ilə toqquşub.
Qəza nəticəsində Dettvillerin motosikleti havaya qalxıb və hər iki sürücü asfalt üzərinə düşüb. Onlar təcili xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, pilotların vəziyyəti sabit qiymətləndirilir, lakin onlar yarışda iştirak edə bilməyəcəklər.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.