AZ

Rusiya Ukraynada mikroavtobusu dronla vurub, 10 nəfər yaralanıb

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Ukraynanın Sumı vilayətinin Nikolayevka icması yaxınlığında mülki şəxsləri daşıyan mikroavtobusu dronla vurub.APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılar arasında 15 və 8 yaşlarında iki uşaq da var.Onlardan biri, həmçinin bir yetkin şəxs ağır vəziyyətdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
4
apa.az

5Mənbələr