AZ

ABŞ-Mərkəzi Asiya sammitinin yeri və zamanı açıqlandı

Mərkəzi Asiya ölkələri liderlərinin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə noyabrın 6-da Vaşinqtonda sammit keçirilməsi planlaşdırılır.

"Ölkə.az" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı dəvətə görə Trampa təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, Qazaxıstan Trampın daxili və xarici siyasətinin əsas məqsədlərini, xüsusən də sağlam düşüncə prinsiplərinə əsaslanan ənənəvi dəyərləri dəstəkləməsi, eləcə də sülhü və təhlükəsizliyi qorumaq istəyini bölüşür.

Seçilən
9
7
olke.az

8Mənbələr