AZ

Zelenski 5 min hərbçinin mühasirəyə düşdüyü barədə məlumatı təkzib edib

Ukrayna prezidenti Zelenski Pokrovsk və Kupyansk yaxınlığında Rusiya qüvvələrinin 5000 Ukrayna əsgərini mühasirəyə aldığı barədə Moskvanın iddiasını təkzib edib.

AzPost bildirir ki, o, bunu TSN televiziya aparıcısı Alla Mazur ilə telefon danışığında bildirib.

Prezidentin sözlərinə görə, bu Rusiyanın ABŞ üçün saxta qələbə təəssüratı yaratmaq üçün olan planıdır.

Zelenski qeyd edib ki, Tramp Ukraynanın ərazilərin təslim edilməsinin mümkünsüzlüyü ilə bağlı mövqeyini başa düşür və Ukrayna kompromisinin cəbhə xətti boyunca atəşkəs olacağı ilə razılaşıb.

AzPost.az

Seçilən
14
1
azpost.info

10Mənbələr