AZ

Şadlıq evində kişi meyiti tapıldı

Tovuzda şadlıq sarayında kişi meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində baş verib. Restoranda N.Rzayevin meyiti tapılıb. İlkin məlumata görə, o, ürəktutmasından dünyasını dəyişib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
3
konkret.az

4Mənbələr