AZ

Tramp: “2020-ci il seçkilərinin saxtalaşdırıldığını artıq tam bilirik”

ABŞ prezidenti Donald Tramp yenidən 2020-ci il seçkiləri ilə bağlı mövqeyini sərtləşdirib.

Musavat.com xəbər verir ki, Tramp çıxışında həmin seçkilərin “saxtalaşdırıldığını və oğurlandığını” artıq hər kəsin bildiyini vurğulayıb.

“2020-ci il prezident seçkilərinin saxtalaşdırıldığını artıq tam bilirik. Artıq bu, kimsə üçün sirr deyil”, – deyə Tramp bildirib.

O, Ədliyyə Nazirliyini məsələyə “tam qətiyyətlə və ciddiyyətlə yanaşmağa” çağırıb və bunu “Amerika tarixinin ən böyük siyasi qalmaqalı” adlandırıb.

Tramp həmçinin qeyd edib ki, “ədalətin bərpası” üçün bu məsələnin yenidən açılması vacibdir və “xalqın etimadını bərpa etməyin yeganə yolu” ədalətli istintaq aparmaqdır. 

 

Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr