AZ

İmamoğluna qarşı yeni ittihamın detalları bəlli oldu

Mart ayında Türkiyədə korrupsiya ittihamları ilə həbs edilən İstanbulun keçmiş meri Əkrəm İmamoğlu yeni casusluq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Oxu.Az "Daily Sabah"a istinadən xəbər verir ki, istintaq Türkiyə hakimiyyətinin Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bildiyi Hüseyn Günlə bağlıdır.

Müstəntiqlər Günün İmamoğlu, onun yaxın silahdaşları və əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasını (CHP) dəstəkləyən media holdinq şirkətinin sahibi ilə əlaqələrini araşdırırlar.

Prokurorların sözlərinə görə, Gün şifrələnmiş rabitə vasitələrindən istifadə edib, külli miqdarda pul köçürüb və hərbi sənədlərə, habelə İsrail vətəndaşlarının şəxsi məlumatları da daxil olmaqla məxfi materiallara çıxış əldə edib.

Müstəntiqlər Günün sənədlərində çevriliş cəhdləri, kütləvi iğtişaşlar, FETÖ və PKK nümayəndələri ilə yazışmalar barədə qeydlər olduğunu iddia edirlər. Prokurorluğun məlumatına görə, o, özünü iş adamı kimi təqdim edərək Türkiyə, Yaxın Şərq və Afrika ilə bağlı kəşfiyyat məlumatlarını xarici agentlərə ötürüb.

Seçilən
35
2
demokrat.az

3Mənbələr