“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın komandanın yaşadığı çətinliklərlə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, klubdakı problemlər son günlərin yox, illərlə davam edən prosesin nəticəsidir.

Yalçının sözlərinə görə, komandanın tam şəkildə toparlanması üçün zaman və transfer dönəmləri lazımdır: “Bu, bugünün problemi deyil. Təxminən 4-5 ildir yığılıb gələn bir problemdir. Mən bura problemləri həll etməyə gəlmişəm. Onları həll edəcək bilik və təcrübəm var, amma bu, bu gün olacaq iş deyil.”


Baş məşqçi həmçinin ən azı 2-3 transfer pəncərəsinə ehtiyac olduğunu vurğulayıb: “Minimum 2-3 transfer dönəmi lazımdır ki, bu problemlər tam həll olunsun. Hazırda birdən-birə həll etmək çətindir. Komandanı toparlamaq üçün çox çalışırıq. Amma bəzi problemləri də açıq şəkildə danışa bilmirik. Anlayın.”


O, komandanın hazırda mərhələli şəkildə inkişaf etdirilməsinin əsas prioritet olduğunu bildirib.