AZ

Lavrov “SSRİ” yazılı sviteri ilə sükutu pozdu: “Bu, mənim vətənimdir, utanmıram!

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskada keçirilən Rusiya–ABŞ sammitində üzərində “SSRİ” yazısı olan geyiminin simvolik mənası ilə bağlı yayılan iddialara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Nazir bu barədə “Ultrahang” YouTube kanalına müsahibəsində danışıb.

“Mənim üçün Sovet İttifaqı mənim vətənimdir. Mən orada doğulmuşam, gəncliyim orada keçib, Xarici İşlər Nazirliyində işləməkdən həzz almışam. Düşünmürəm ki, vətənimizdən utanmalıyıq,” – Lavrov vurğulayıb.

Diplomat bildirib ki, “SSRİ” yazılı köynək Rusiyada çox məşhurdur və tarixi nostalji ilə əlaqələndirilir:

“Bizdə həmçinin Rusiya imperiyasının gerbi olan köynəklər də var, çoxları onları geyinir. Bu, sadəcə tarixin bir hissəsidir.”

Lavrov sonda geyiminin arxasında heç bir gizli siyasi mesa” axtarmağa ehtiyac olmadığını bildirib və zarafatla əlavə edib:

“Sadəcə, sviter çox qəşəng idi”.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
globalinfo.az

1Mənbələr