AZ

Rəsmi Moskva: ABŞ ın son sanksiyası münasibətlərə zərər verdi

ain.az bildirir, Mia.az portalına istinadən.

"ABŞ-ın Rusiyaya qarşı son sanksiya qərarı qeyri-dost addım olmaqla, sözsüz ki, ikitərəfli münasibətlərə zərər verdi".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov "Rossiya-1" televiziya kanalına müsahibəsində deyib.

O bildirb ki, bu cür addımlarla Ukrayna böhranının həllinə nail olmaq mümkün deyil: "Bu hərəkətlər ikitərəfli münasibətlərin bərpasına da həqiqətən zərər vurub. Lakin bu, Rusiyanın ali məqsədindən imtinası olmayacaq. Bunu hər kəs biləcək. Rusiyanın öz maraqları naminə hərəkət edir. Bizim maraqlarımız ABŞ da daxil olmaqla bütün ölkələrlə yaxşı münasibətlər qurmaqdır".

Peskov daha sonra növbəti dəfə uUkraynalılar danışıqlar prosesini istəmədiyini iddia edib: "Bu səbəbdən də Ukrayna böhranının həlli prosesi dalana dirənib. Avropalılar onları buna məcbur edirlər. Avropa Birliyinin müharibə isteriyasında olduğunu biz görürük".

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
1
mia.az

4Mənbələr