AZ

Tovuzda kafedə bıçaqlanma baş verib

Tovuz, 27 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda bıçaqlanma hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
35
7
azertag.az

10Mənbələr