AZ

Sergey Lavrov Minskə səfər edəcək

BAKI, 27 oktyabr. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında iştirak etmək üçün 27–28 oktyabr tarixlərində Minskə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.

O bildirib, Lavrov forumun plenar iclasında çıxış edərək Avrasiya məkanında təhlükəsizlik arxitekturasının formalaşdırılması və çoxqütblülük haqqında yeni Avrasiya Xartiyasının hazırlanması məsələlərinə toxunacaq.

Səfər çərçivəsində Lavrov Belarusun xarici işlər naziri Maksim Rıjenkov və digər ölkələrin nümayəndələri ilə də görüşlər keçirəcək.

Konfrans Belarus prezidenti Aleksandr Lukaşenkonun təşəbbüsü ilə artıq üçüncü ildir ki, təşkil olunur və Avrasiya ölkələrinin təhlükəsizlik məsələlərinin müzakirəsi üçün əsas beynəlxalq platformalardan biri sayılır.

Seçilən
83
teleqraf.com

1Mənbələr