AZ

Alimlərdən xəbərdarlıq: Şimal yarımkürəsi daha sürətlə qaralır

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şimal yarımkürəsi Cənub yarımkürəsindən daha çox günəş işığını udur və buludlar artıq tarazlığı qoruya bilmir.

Oxu.Az xəbər verir ki, bu, PNAS jurnalında dərc olunan yeni bir araşdırmada sübuta yetirilir.

Bu yaxınlaradək Şimal və Cənub yarımkürələri demək olar ki, bərabər miqdarda günəş işığını kosmosa əks etdirirdilər. Lakin alimlərin son tədqiqatları göstərir ki, bu simmetriya pozulur.

Elm adamları 2000-ci ildən bəri planetin iqlim və enerji balansını izləyən NASA-nın CERES missiya peyklərindən əldə olunan müşahidələri təhlil ediblər. Tədqiqatçılar aşkar ediblər ki, Şimal yarımkürəsi Cənub yarımkürəsindən daha sürətlə qaralır. Başqa sözlə, o daha çox günəş işığını udur. Bu, hava şəraitini, yağıntıları və planetin ümumi iqlimini yaxın onilliklərdə dəyişə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
102
2
oxu.az

3Mənbələr