AZ

ABŞ şirkəti Ukraynaya milyardlıq sursat kontraktını yerinə yetirə bilmədi

BAKI, 27 oktyabr. TELEQRAF

ABŞ-nin Arizona ştatında yerləşən kiçik "Firearms" şirkəti Ukraynaya milyard dollar dəyərində silah-sursat kontraktını yerinə yetirə bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

2022-ci ildə şirkətə 10 milyon 23 mm-lik zenit mərmisi, 56 min “Grad” reaktiv mərmisi, 24 min minomet mərmisi və digər sovet istehsalı sursatların çatdırılması sifariş olunub. Ukrayna şirkətə 17 milyon avro məbləğində avans ödəyib. Lakin şirkət kifayət qədər anbar sahəsinə malik olmadığı üçün sifarişi yerinə yetirməyib.

ABŞ federal məhkəməsi şirkəti avansı tam qaytarmağa, həmçinin faizlər və məhkəmə xərclərini ödəməyə məcbur edib. Ümumilikdə bu məbləğ 20 milyondan çox avro təşkil edir.

Seçilən
163
teleqraf.com

1Mənbələr