Cənubi Koreya prezident administrasiyası ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında APEC sammiti zamanı Koreyalararası sərhəddə gözlənilməz görüşü qeyri-mümkün hesab edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə administrasiyanın Milli Təhlükəsizlik Agentliyinin üçüncü vitse-direktoru Oh Hyun Ju bildirib. Lakin o, belə bir ssenarini istisna etmir.
"Görüşün baş tutacağına dair konkret məlumatım yoxdur. Qəzetlərdə yalnız fərziyyələr var", - deyə rəsmi əlavə edib.
Lakin rəsmi şəxs danışıqların mümkünlüyünü tamamilə istisna etməyib.