AZ

Rus ordusu Sumı vilayətində sərnişin mikroavtobusunu vurub: ölən və yaralananlar var

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətində sərnişin mikroavtobusunu dronla vurub. Hadisə Nikoleyev kənd icması yaxınlığında baş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleg Qriqorov məlumat verib.

İlkin məlumata görə, hücum nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb – onlardan ikisi uşaqdır (8 və 15 yaşlarında). İki nəfərin – bir uşaq və bir böyüklə – vəziyyəti ağırdır. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, lakin 69 yaşlı bir kişi aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Zərbə nəticəsində Sum istiqamətində hərəkət edən mikroavtobus tamamilə yanıb. Qriqorov bildirib ki, bu yol sahəsi təhlükəli zona sayılır və sərnişin daşımaları üçün alternativ marşrutlar müəyyən edilib. Onun sözlərinə görə, qaydalara əməl olunmaması insanların həyatını riskə atır.

Şahidlər hadisənin Postolnoye yaşayış məntəqəsi yaxınlığında baş verdiyini və mikroavtobusa “Molniya” tipli dronla zərbə endirildiyini bildirirlər.

Xatırladaq ki, oktyabrın 26-na keçən gecə Rusiya ordusu həmçinin Kiyevə dron hücumu həyata keçirib. Nəticədə 3 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb, onların arasında 7 uşaq da var.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
bizimyol.info

1Mənbələr