AZ

Qırmızı Xaç Qəzza zolağında israilli girovların cəsədlərini axtarır

Beynəlxalq Qırmızı Xaç Komitəsi və misirli xilasedicilər Qəzza zolağının cənubundakı Rəfah bölgəsində israilli girovların cəsədlərinin axtarışına başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədəc "DW" məlumat yayıb.

Bildirilir ki, əməliyyat İsrail ordusunun geri çəkildiyi “sarı xəttin” o tayında aparılır. Qırmızı Xaç HƏMAS hərəkatına bu ərazilərdə axtarış işlərində yardım göstərir. HƏMAS nümayəndələrinin sözlərinə görə, hələ də 13 girovun cəsədi tapılmayıb.

İsrail tərəfi isə bildirir ki, 21 oktyabrdan bəri heç bir cəsəd onlara təhvil verilməyib. Təl-Əviv HƏMAS-ı girovların qalıqları barədə məlumata sahib olub, onu gizlətməkdə və atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edir.
Seçilən
6
1
sherg.az

2Mənbələr