Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəyal Məcidovun (ası, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 2 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunub.
Qısqanclıq zəminində baş verən mübahisə ağır bədən xəsarətləri ilə nəticələnib
İttihama görə, hadisə 2024-cü il tarixdə, saat 13:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Xəyal Məcidov tanışı, zərərçəkmiş Mahir İbrahimovun (adı, soyadı şərtidir) anası barədə xoşagəlməz ifadələr işlətməsi səbəbindən onunla mübahisə edib. Bu zaman o, əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsə bir neçə zərbə endirərək ona bədən xəsarətləri yetirib.
Məhkəmədə dindirilən Xəyal Məcidov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib və ifadəsində göstərib ki, zərərçəkmiş Mahir İbrahimovun onun barəsində nalayiq ifadələr işlətdiyini eşidərək onunla görüşməyə gedib. Söhbət zamanı aralarında mübahisə yaranıb. Onun dediyinə görə, zərərçəkmiş şəxsin çiyninə bıçaqla vurmaq istəyib, lakin zərbə boyun nahiyəsinə dəyib.
O, ifadəsində həmçinin qeyd edib ki, hadisə “Nizami” metrosunun yaxınlığında, günorta saatlarında baş verib. Tərəflər təsadüfən qarşılaşıb. Təqsirləndirilən şəxs həmin vaxt bıçağı itilətməyə apardığını, məhlədə olan şəxslərdən Mahirin anası barədə nalayiq sözlər işlətdiyini eşidib. Buna görə də əsəbiləşərək bıçaqla vurduğunu bildirib.
Kamal Məmmədov