Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Böyük Britaniya kəşfiyyat orqanlarının üzləşdiyi problem müəyyən edilib.Reyting.az xəbər verir ki, bu barədə “Times” qəzeti məqalə dərc edib. Nəşrin yazdığına görə, Britaniya kəşfiyyat orqanları zəif əlaqələndirilir, bu səbəbdən də onlar milli təhlükəsizliyə təhdidləri aradan qaldıra bilmirlər. Məqalədə qeyd edilir ki, rəsmi London 2023-cü il Daxili İşlər Nazirliyinin hesabatına istinadla yerli kəşfiyyat agentliklərinin üzləşdiyi əsas problemi müəyyən edib: “Britaniya təhlükəsizlik xidmətləri təhdidlərə uyğunlaşa bilmir. Daxili təhlükəsizlik agentliyi MI5, onun xarici kəşfiyyat üzrə həmkarı MI6 və Hökumət Rabitə Qərargahı (GCHQ) "zəif koordinasiya" və "parçalanmış" hesabat xətləri nümayiş etdirdiklərinə görə tənqid olunublar”.V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.