AZ

Samuxda adam öldürən şəxs yenidən məhkəmə qarşısında

Samux rayonunda ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Elmar Əsgərovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılır.


Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Əsgərov Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə əsasən, ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin.


İttihama görə, Samux rayon sakini, 1998-ci il təvəllüdlü Elmar Əsgərov 2021-ci ilin avqustun 27-də Gəncə şəhərində 1983-cü il təvəllüdlü Sahib Abdullayevlə əlbəyaxa dava edib. E.Əsgərov onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komaya düşüb. S.Abdullayev avqustun 29-da xəstəxanada ölüb.

 

Kamal Məmmədov 

Tarix: 27 Oktyabr 2025, 09:12   
Seçilən
63
pravda.az

1Mənbələr