Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında Türkiyəyə 119 min 494 ton neft ixrac edilib.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Türkiyəyə ixrac edilmiş neftin dəyəri isə 59 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 233 min ton (3 dəfə), dəyərində isə 134 milyon dollar (3,3 dəfə) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayında isə Azərbaycan Türkiyəyə 193 milyon dollar dəyərində 352 min 515 ton neft ixrac etmişdi.