AZ

Eyyub Kərimli: “Baltik ölkələri Azərbaycan üçün Avropa bazarına körpü rolunu oynaya bilər”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Baltikyanı ölkələr – Azərbaycan biznes forumunun iki region arasında iqtisadi və strateji əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

QHT.az xəbər verir ki, ekspertin sözlərinə görə, forum Baltik ölkələri ilə Azərbaycanın ticarət dövriyyəsinin artmasına, nəqliyyat-logistika əlaqələrinin inkişafına və yeni ticarət marşrutlarının formalaşmasına şərait yaradacaq:

"Baltik ölkələrinin Avropa İttifaqının üzvü olması Azərbaycanın Avropa bazarına çıxış imkanlarını genişləndirir. Forum çərçivəsində enerji, innovasiya, rəqəmsal iqtisadiyyat və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu təşəbbüs Azərbaycanın Avropa ilə iqtisadi inteqrasiyasını dərinləşdirərək Cənubi Qafqaz və Baltik regionları arasında mühüm iqtisadi körpü yaradacaq".

 

Pərvanə Fərhadqızı

Seçilən
68
qht.az

1Mənbələr