AZ

Ana qarnındakı körpələr haqqında maraqlı faktlar

Hamiləlik dövründə körpələrin inkişafı ilə bağlı yeni araşdırmalar maraqlı nəticələr ortaya qoyur.


Pravda.az bildirir ki, ana bətnindəki körpələr yalnız böyümür, həm də ətraf mühiti hiss etməyə başlayır.


Yuxu və aktivlik: Körpələr ana qarnındaykən yetkinlərdən daha çox yuxu görür. Təxminən 17-ci həftədə yuxu prosesləri başlamış olur.


Ağrı hissi: 12 həftəlik hamiləlikdən etibarən körpələr ağrı hiss edə bilir, sinir sistemi bu mərhələdə formalaşır.


Səsə reaksiya: 20 həftəlik körpələr anasının səsini tanıyır və hərəkətləri ultrason vasitəsilə müşahidə edilə bilir.


Nəfəs məşqləri: Beşinci ayda körpələr amniotik maye içində nəfəs alıb‑vermə fəaliyyətinə başlayır.


Dad hissi: Amniotik mayedəki “şirin” və “dadsız” maddələr körpələrin reaksiyasına səbəb olur.
 

Ürək döyüntüsü və stres: Ananın ürək döyüntüləri artdıqda körpənin də ürək döyüntüsü arta bilər. Bu səbəbdən hamilələr stresdən uzaq durmalıdır.


Öyrənmə qabiliyyəti: Körpələr səsləri öyrənə bilir. Araşdırmalar göstərir ki, hamiləlik vaxtı dinlənilən musiqilərə körpələr doğulduqdan sonra da reaksiya verir.
 

Mütəxəssislər bildirir ki, bu mərhələlər körpənin sağlam inkişafı üçün vacibdir və anaların diqqətli davranması tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 27 Oktyabr 2025, 09:46   
Seçilən
23
pravda.az

1Mənbələr