
Tovuzda adı olmayan kənd – rəsmi sənədlərdə yer almayan yaşayış məntəqəsiTovuz rayonunun Qəribli inzibati ərazi dairəsinə daxil olan bir yaşayış məntəqəsinin heç bir adı yoxdur. Bu əraziyə insanlar illərdir köçüb, ev tikib, yaşayırlar, lakin rəsmi sənədlərdə kəndin adı keçmir. Məntəqənin sakinləri burada yaşadıqlarını sübut etməkdə çətinlik çəkir, kommunal xidmətlər, yol və digər infrastruktur məsələlərində geridə qalırlar. Ərazidə yaşayanların bəziləri şəxsiyyət vəsiqələrində yaşayış yeri kimi yaxınlıqdakı başqa kəndlərin adlarını qeyd etdirirlər. Xəzər Xəbər-ə istinadən ulusum.az xəbər verir ki, adı olmayan bu kənd rəsmi tanınmadığı üçün burada yaşayan əhali dövlət dəstəyi və sosial layihələrdən də kənarda qalır. Məsələ ilə bağlı aidiyyəti qurumların münasibəti gözlənilir.R.Daşdəmirova
Diqqət Çəkənlər
Hormonal pozğunluqlar niyə çəki atmağa mane olur?
Qazax Xəngəli: Sadə Dadın İçində Gizlənən İsti Qucaq
Ananasın faydası