AZ

Yanvar-sentyabr aylarında 602,5 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 602,5 milyon dollar dəyərində 574,3 min tondan çox meyvə və tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 31,3 faiz, həcmi isə 30,8 faiz artıb.

Cari ilin ilk 9 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 22,74 faizə bərabər olub.

Seçilən
33
vergiler.az

1Mənbələr