AZ

“Report” İnformasiya Agentliyinin 11 yaşı tamam olur

Bakı. Trend:

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətəbaşlamasından 11 il ötür.

Trend xəbər verir ki,Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbitşərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığınınasanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illərgenişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyietməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təminolunması məqsədilə 2014-cü ildə "Report" İnformasiya Agentliyionlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən“Report” İA ötən 11 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət,idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verənən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə genişoxucu auditoriyası toplayıb.

Hazırda "Report" İnformasiya Agentliyi “Global Media Group”şirkətinin tərkibinə daxildir.

Trend Beynəlxalq İnformasiya Agentliyi olaraq “Report”dakıhəmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzu edirik.

Seçilən
99
az.trend.az

1Mənbələr