Demokrat.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Tavuşdan olan jurnalist Voskan Sərkisyan yazıb.
O bildirib ki, həmçinin Kirants körpüsü birtərəfli qaydada Azərbaycana verilib və kəndin ərazisindən yeni yol çəkilib:
“Baş nazir Nikol Paşinyan bəyan edib ki, Tavuşdan Azərbaycana bir millimetr də torpaq verilməyib. Əslində isə təxminən 15 hektar ərazi Azərbaycanın nəzarətinə keçib”.
V.Sərkisyan 10 il əvvəl həmin ərazidə çəkdiyi fotonu paylaşıb və bu yerlərin Azərbaycanın olduğunu bildirib. O, ərazidəki yeni reallığa Kirants sakinlərinin də qarşı çıxmadığını vurğulayıb.
Qeyd edək ki, qanuni delimitasiya çərçivəsində Kirants kəndində 2 ev, körpü, Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi və müəyyən qədər torpaq sahəsi Azərbaycanın nəzarətinə keçib.
6Mənbələr
-
bakuinfo.netBu ərazi Azərbaycanın nəzarətinə keçdi ( 22867540)
-
konkret.azBu ərazi Azərbaycanın nəzarətinə keçdi KONKRET ( 22808077)
-
demokrat.azBu ərazi Azərbaycanın nəzarətinə keçdi ( 22805824)
-
busaat.azBu ərazi Azərbaycanın nəzarətinə keçdi ( 22805362)
-
konkret.azBu ərazi Azərbaycanın nəzarətinə keçdi ( 22804252)
-
globalinfo.azBu ərazi Azərbaycanın nəzarətinə keçdi Sərkisyan maraqlı FOTO yaydı ( 22800885)