AZ

ABŞ ordusunun təyyarəsi və helikopteri dənizə düşdü

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Hornet" döyüş təyyarəsi və "Sea Hawk" helikopteri Cənubi Çin dənizinə düşüb.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanması sosial media hesabında məlumat yayıb.

Məlumata görə, təyyarə və helikopter batıb, lakin bütün ekipaj üzvləri sağ qalıblar.

Xəbərdə bildirilir ki, oktyabrın 26-da saat yerli vaxtla 14:45-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MH-60R Sea Hawk" helikopteri dənizə düşüb.

Həmin gün "Boeing F/A-18E/F Super Hornet" qırıcı-bombardmançı təyyarəsi də qəzaya uğrayıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

 

Seçilən
22
7news.az

1Mənbələr