Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komandamız ikinci oyununda Kosovo ilə qarşılaşacaq.
Moldovanın Vadul lui Voda şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.
Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.
Avropa çempionatı
B Liqası, I qrup
27 oktyabr
14:00. Kosovo (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Briet Braqadottir (İslandiya).
Vadul lui Voda. "Milli Komandaların Hazırlıq Mərkəzi".