Abşeronda avtomobil 12 yaşlı qızı vuraraq öldürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Abşeron rayon Saray qəsəbəsində qeydə alınıb.
Sadıqov Sadıq Şəmsəddin oğlu idarə etdiyi "Chevrolet Cobalt" markalı minik avtomobili ilə 2013-cü il təvəllüdlü Məmmədli Əzizə Seymur qızını vurub. Hadisə nəticəsində sonuncu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.