AZ

Yanmış evdə meyiti tapılan şəxsin kimliyi bilindi

Dünən Xəzər rayonu Buzovna qəsəbəsindəki yanğında ölən şəxsin kimliyi məlum olub.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, saat 07 radələrində qəsəbənin Cəfər Cabbarlı küçəsində yerləşən nömrəsiz fərdi evdə baş vermiş hadisədə vəfat edən şəxsin 1979-cu il təvəllüdlü Şahin Tofiq oğlu Məmmədli olması müəyyənləşib.

İlkin ehtimala görə, hadisə elektrik cərəyanının qısaqapanması səbəbindən olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

​​​​​​"Cebheinfo.az"

Seçilən
5
2
cebheinfo.az

3Mənbələr