AZ

Moskva YANIR, Putin hərbi geyimini GEYİNDİ, ÇEVRİLİŞ qorxusu QAPIDA – ONU kim DEVİRMƏK İSTƏYİR?

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 26 oktyabr 2025-ci ildə Donbas istiqamətindəki birləşmiş qoşun qruplaşmasının komanda məntəqələrindən birinə səfəri zamanı hərbi formada videogörüntülərdə peyda olub. Bu görüntülər Rusiya dövlət mətbuatı və Kremlin təbliğat kanalları tərəfindən geniş şəkildə tirajlanıb.

Kremlə yaxın tanınmış təbliğatçı Vladimir Solovyov öz Telegram kanalında yazıb ki, prezidentin hərbi formada çıxışı “Rusiya ordusunun Donbasda təşəbbüsü ələ keçirdiyinin” göstəricisidir və “təcili atəşkəsə ehtiyac olmadığı” mesajını ABŞ prezidenti Donald Trampa ünvanlayır.

Solovyov iddia edir ki, Rusiya ordusu Donbas cəbhəsində sürətlə irəliləyir, Ukrayna ordusu isə hələlik bölgənin təxminən 20 faizini nəzarətdə saxlayır. Onun sözlərinə görə, bu görüntü “Ukrayna üçün psixoloji təzyiq və Qərbə siqnaldır”.

Görüş zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov cəbhə xəttindəki vəziyyətlə bağlı Putinə məruzə edib. Kremlin yaydığı məlumatda deyilir ki, Putin ukraynalı hərbçiləri “silahı yerə qoymağa” çağırıb, rus hərbçilərinə isə “mülki şəxslərə yardım göstərilməsi” barədə göstəriş verib.

Qeyd edək ki, bu mesajlar Rusiya informasiya məkanında geniş şəkildə “qələbə yaxınlaşır” ritorikası ilə müşayiət olunur. Lakin Ukrayna tərəfi və Qərb hərbi analitikləri Rusiya ordusunun irəliləyişinin lokal xarakter daşıdığını və cəbhədə vəziyyətin hələ də qeyri-sabit olduğunu bildirirlər.

Britaniyanın The Telegraph qəzeti yazır ki, Kreml daxilində artan gərginlik və zəiflik hissi Putində çevriliş qorxusunu daha da gücləndirib. Mənbələrə görə, ölkə rəhbərliyində daxili qiyam ehtimalı artıq Putin üçün obsessiyaya çevrilib.

Rusiyanın paytaxtı Moskva bu gecə dron hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, hücum faktını şəhər meri Sergey Sobyanin rəsmi şəkildə təsdiqləyib. Hadisədən dərhal sonra Kremlin ətrafında mobil yanğınsöndürmə qrupları və fövqəladə xidmətlərin hərəkət etdiyi müşahidə olunub. Hücumun mənbəyi və istiqaməti araşdırılır.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Seçilən
40
3
musavat.com

4Mənbələr