AZ

Gəncədə piyada xəsarəti ilə nəticələnən iki hadisə baş verib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə piyadanın vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisələrdən biri şəhərin Azərbaycan bayrağı küçəsində qeydə alınıb.

Belə ki, prospektlə hərəkətdə olan "QAZ 3110" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. 1986-ci il təvəllüdlü K.Quliyeva yolu keçən zaman avtomobil onu vurub. Qadın xəstəxanaya yerləşdirilib, hazırda ona yardım edilir. Baş verən ərazilərə polis əməkdaşları cəlb edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
6
apa.az

7Mənbələr