AZ

Paşinyan bu qədər sevinclə, rahatlıqla danışmamışdı

Yazını böyüt
Yazını kiçilt

“Ermənistanda 2026-ci il üzrə büdcə layihəsi ilk dəfə sülh şəraitində qəbul edilir. Son 1 il 8 aydır ki, sərhəddə atışma səbəbindən heç bir əsgər həlak olmayıb”.

Hafta.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin 2026-cı il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı söylədiyi bu fikirləri “Sputnik Ermənistan” yayımlayıb. Paşinyanın sözlərinə görə, beləliklə, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanan razılaşma öz nəticələrini verir.

Paşinyan müzakirələr zamanı həmçinin Azərbaycana yük tranzitinə qoyulan məhdudiyyətlərin ləğv edilməsindən danışıb. O bildirib ki, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan üçün analoji məhdudiyyətlərin ləğv edilməsi barədə bəyanatına cavab olaraq verilib:

“Biz elə bu gündən Marqara-Yexeqnadzor-Sisian-Gorus maşrutu üzrə Türkiyədən Azərbaycana və əks istiqamətdə yük avtomobillərinin tranzitini təmin etməyə hazırıq”.

O əlavə edib ki, Ermənistan hələlik bu marşrutdan istifadə edəcək, çünki oradakı yollar və nəzarət-buraxılış məntəqələri standartlara cavab verəcək səviyyədədir.

Xatırladaq ki, N.Paşinyan oktyabrın 22-də Gürcüstanda baş tutan V İpək Yolu Beynəlxalq Forumunda çıxışı zamanı da ölkələr arasında ikitərəfli tranziti təmin etməyə hazır olduqlarını bildirmişdi.

Seçilən
9
3
hafta.az

4Mənbələr