ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1965-ci il təvəllüdlü Abbasov Bayram Hüseynağa oğlunu "Mercedes" markalı minik avtomobili vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.