AZ

Biləsuvarda avtomobil piyadanı vurdu

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər xəsarət alıb.

Paralel.az xəbər verir ki , hadisə rayonun Zəhmətabad kəndi ərazisində qeydə alınıb.
 

Məlumata görə, kənd sakini, 1965-ci il təvəllüdlü Abbasov Bayram Hüseynağa oğlunu “Mercedes” markalı minik avtomobili vurub.


Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
1
paralel.az

2Mənbələr