AZ

Putin Pokrovskın noyabrın ortalarına qədər ələ keçirilməsini əmr edib

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yerləşən Pokrovsk şəhərini noyabrın ortasınadək ələ keçirmək tapşırığı alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, “Osman” ləqəbli Stanislav Bunyatov “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, rus qüvvələri yenidən texnika ilə Mirnoqrada hücum etməyə cəhd göstərib, lakin uğursuz olublar. “Bir əsir verdiyi izahatda deyib ki, Putin Pokrovsku noyabrın ortasınadək almağı əmr edib. Buna görə də canı qüvvə və texnika itkisinə məhəl qoymayacaqlar”, – deyə hərbçi qeyd edib.

Digər ukraynalı hərbçi, Müdafiə Qüvvələrinin baş leytenantı “Aleks” bildirib ki, Pokrovskdakı vəziyyət çox ağırdır, lakin Ukrayna qüvvələri hələlik cəbhəni sabitləşdirə bilib. “Düşmən müəyyən mövqelərdə ilişib qalıb və şəhəri tam ələ keçirmək üçün irəliləyə bilmir”, – deyə o vurğulayıb.

“Alex” əlavə edib ki, Ukrayna müdafiəçilərinin əsas problemi düşmənin hücumlarından çox, ön cəbhəyə logistika dəstəyinin çətinliyi ilə bağlıdır. Onun fikrincə, Pokrovsk və Mirnoqradın taleyi ilin sonunadək bu istiqamətdəki döyüşlərin gedişindən asılı olacaq.

Məlumata görə, hazırda Pokrovskda təxminən 200 rus hərbçisi mövcuddur və onlar şəhərdə möhkəmlənməyə çalışırlar.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
icma.az

1Mənbələr