AZ

Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı açıqlama: "Hazırıq"

Hurriyyet.az xəbər verir ki, Paşinyan Türkiyə yüklərinin Ermənistan üzərindən Azərbaycana daşınması üçün tranzit marşrutu barəsində danışıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın bu gündən etibarən Türkiyə və Azərbaycan arasında yük nəqlini təmin etməyə hazır olduğunu açıqlayıb.

Paşinyanın sözlərinə görə, hazırda Marqara-Yexeqnadzor-Sisian-Gorus marşrutu nəzərdən keçirilir. O, Kornidzor keçid məntəqəsi də daxil olmaqla, bu marşrutun zəruri yol infrastrukturu və burxılış həcmi tələblərinə cavab verdiyini söyləyib.

Paşinyan qeyd edib ki, hələlik Ermənistan özünü bu marşrutla məhdudlaşdıracaq, çünki digər marşrutlar əlavə hazırlıq və modernləşdirmə tələb edir.

Hürr Tərcüman

Seçilən
23
hurriyyet.az

1Mənbələr