BAKI, 27 oktyabr. TELEQRAF
“Vladimir Putin raket sınaqları keçirməməlidir, Ukraynaya qarşı başladığı müharibəyə son qoymalıdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Putinin Rusiyanın “Burevestnik” nüvə raketinin sınağı ilə bağlı bəyanatını şərh edərkən deyib.
O xatırladıb ki, ABŞ-nin da Rusiya yaxınlığında yerləşən nüvə silahı var.
“Bilirlər ki, bizim ən yaxşı nüvə sualtı gəmimiz onların sahillərindədir. Yəni o, 8000 mil (13 min km) uçmaq məcburiyyətində də deyil. Bizimlə oyun oynamırlar, biz də onlarla oyun oynamırıq”, - Trmap qeyd edib.
Donald Tramp əlavə edib ki, Putin qitələrarası nüvə raketlərinin sınaqlarına deyil, Ukraynada 4 ildir davam edən müharibənin dayandırılmasına diqqət yetirməlidir.
“Düşünürəm ki, Putin bu barədə danışmamalıdır, o, müharibəni bitirməlidir. Bir həftə davam etməli olan müharibə tezliklə dördüncü ilinə çatacaq. O, raketləri sınaqdan keçirməməli, bunu etməlidir”.