AZ

Qazaxıstanda Türk Dünyası Gənclərinin Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Türküstan vilayətində Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi, "Qarabağ" Etnomədəni Birliyi və Əhməd YasəviUniversitetinin təşkilatçılığı ilə "Millətlərarası Dostluq" TürkDünyası Gənclərinin Forumu keçirilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Forumda iştirak edənmillətlərin mədəniyyətlərini əks etdirən sərgi və milli mətbəxnümunələri nümayiş olunub.

“Qarabağ” Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva çıxışedərək forumun əhəmiyyətindən danışıb, bu kimi tədbirləringənclərin millətlərarası münasibətlərdə müsbət rolunu artırdığınıvə Türk dünyası xalqları arasında mədəni inteqrasiyanıgücləndirdiyini deyib.

Türküstan vilayəti dövlət qurumlarının nümayəndələri öznövbələrində gənclərə uğurlar arzulayıb, qarşılıqlı əməkdaşlığınvacibliyini qeyd ediblər.

Tədbir Azərbaycandan gələn müğənnilərin ifaları və müxtəlifmillətləri təmsil edən gənclərin milli rəqslərindən ibarət bədiiproqramla yekunlaşıb.

Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Seçilən
21
2
az.trend.az

3Mənbələr