ain.az, Sherg.az portalına istinadən məlumat verir.
“Rusiya Azərbaycanla humanitar əlaqələrin bərpasına hazırdır”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy bildirib.
“Biz həmişə demişik ki, Rusiya tərəfdaşlarının hazır olduğu hər bir sahədə əməkdaşlığa hazırdır. Azərbaycanlı dostlarımız və tərəfdaşlarımız humanitar, elm, təhsil və mədəni sahələrdə əlaqələri bərpa etməyə hazır olduqları dərəcədə, biz də buna tam hazırıq”, - o qeyd edib.
Şvıdkoy vurğulayıb ki, Rusiya və Azərbaycanı çoxəsrlik tarix birləşdirir, iki xalq bir-biri ilə sıx şəkildə bağlıdır və hər iki ölkənin cəmiyyətlərinin əsasını təşkil edən eyni mənəvi və əxlaqi dəyərləri bölüşür.
“Mənə elə gəlir ki, bütün münasibətləri tam bərpa etməmək üçün dərin səbəblər yoxdur,” – Putinin elçisi əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.