AZ

Mingəçevirdə ər arvadını bıçaqladı

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub.
ONN media Oxu.az-a istinadən xəbər verir ki, hadisə "Energetiklər" yaşayış massivində yerləşən binalardan birinin önündə qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Aytən Əziz qızı Bəkirova çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
İlkin məlumata əsasən, hadisə ailə münaqişəsi zəminində baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən qadının əri olan Tural Bəkirov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
5
2
onn.az

3Mənbələr