AZ

Əli Kərimli haqda məqaləni bəyənən YAP deputatı DANIŞDI

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Yeni Azərbaycan Partiyasından (YAP) deputat seçilmiş Müşfiq Məmmədlinin AXCP sədri Əli Kərimli haqda məqaləni bəyənməsi gündəm olub. Bu barədə Yenisabah.az saytı skrinşot dərc edib. Məlumata görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Feysbukda jurnalist Rahim Hacıyevin məqaləsini paylaşıb. Həmin məqalədə partiya sədri Əli Kərimli haqda çoxsaylı təriflərə yer verilib. Yeni Azərbaycan Partiyasının üzvü, 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədli isə bu paylaşımı bəyənib. 

Globalinfo.az məsələ ilə bağlı millət vəkili ilə əlaqə saxlayıb.

M.Məmmədli xəbəri təkzib edib:

“Ulu Öndərin siyasətini dəstəkləyən bir partiyanın nümayəndəsi kimi heç zaman Əli Kərimli kimi vətən xainləri ilə bağlı fikirlərə və onların düşüncələrinə dəstək verə bilmərəm. Onlara, nəinki fikir bildirmək, heç “layk” da etmərəm. Ümumiyyətlə, bu adamlar öz hərəkətləri ilə Azərbaycanın bir dövlət kimi formalaşmasını məhvə doğru sürükləməyə çalışan, hansısa siyasi xəttin tərəfdarları kimi hər zaman özlərini ifşa etmiş və ifşa etməkdə davam edən şəxslərdir. Bu xəbəri qəti şəkildə təkzib edirəm və bir daha bəyan edirəm ki, belə hal mümkün deyil!”

Müşfiq Məmmədli əlavə edib ki, Azərbaycanda İlham Əliyevin siyasətinə heç bir alternativ yoxdur:

“Əli Kərimli kimi Vətən xainlərinin, ölkəmizi uçuruma sürükləyən şəxslərin arxasınca getmək nə mümkün olub, nə də mümkün olacaq”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr