Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1965-ci il təvəllüdlü Abbasov Bayram Hüseynağa oğlunu "Mercedes" markalı minik avtomobili vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(unikal)