AZ

Kobranın sancdığı kişi nənəsinə son dəfə “səni sevirəm” dedi

Azpost saytına istinadən ain.az xəbər verir.

Tailandda 39 yaşlı kişi kobranın sancmasından qısa müddət sonra vəfat edib. Hadisə Samutprakan əyalətində baş verib.

AzPost xəbər verir ki, The Thaiger-in məlumatına görə, səhər saatlarında May adlı kişi nənəsinə zəng edərək ondan “məni sevirsənmi?” – deyə soruşub. Qadın “bəli” cavabını verəndə o, kobranın onu sancdığını və sağ qalmayacağı halda işlərini qaydaya salmasını xahiş edib. Bir neçə dəqiqə sonra səsi anlaşılmaz olub və əlaqə kəsilib.

Nənə dərhal nəvəsinin bacısına zəng edib. Qadın təcili yardım çağırsa da, xilasetmə xidməti gələndə May artıq həyatını itirmişdi. Həkimlər onun biləyində ilan sancması izlərini aşkar ediblər.

Hadisədən sonra əraziyə çağırılan ilan tutanlar təxminən bir metr uzunluğunda kobranı ələ keçiriblər. Baytar yoxlanışından sonra ilan yaşayış yerlərindən uzaq bir əraziyə buraxılacaq.

Polis hazırda ilanının evə necə daxil olduğunu araşdırır. Yerli sakinlər bildirirlər ki, bu bölgədə son aylarda ilanların evlərə girməsi halları artıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
azpost.info

2Mənbələr